525.Az

"KXDR milli nüvə qüvvələrinin yaradılmasını başa çatdırıb"


 

"KXDR milli nüvə qüvvələrinin yaradılmasını başa çatdırıb"<b style="color:red"></b>

Şimali Koreya lideri Kim Çen In masası üzərində "nüvə düyməsi"nin olduğunu bəyan edib.  

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, Kim Çen In bu barədə KXDR vətəndaşlarna Yeni İl təbrikində bildirib.

Onun sözlərinə görə,  KXDR-lə müharibəyə can atan ABŞ-ı yeganə saxlayan məhz Pxenyanın nüvə qüvvələrinə malik olmasıdır.

Şimali Koreya lideri həmçinin qeyd edib ki, Pxenyan qərar verərsə, ABŞ-ın istənilən nöqtəsinə nüvə zərbəsi endirmək imkanına malikdir.

Kim Çen In həmçinin KXDR-in milli nüvə qüvvələrinin yaradılmasını başa çatdırdığını bəyan edib.

KXDR lideri beynəlxalq təzyiqin artmasından şikayətlənsə də, nüvə başlıqlarının və ballistik raketlərin istehsalını sürətləndirməyə çağırıb.

 





01.01.2018    çap et  çap et