525.Az

Baş nazir: “Polşa qaçqınları qəbul etməyəcək”


 

Baş nazir: “Polşa qaçqınları qəbul etməyəcək”<b style="color:red"></b>

Polşa Yaxın Şərq və Şimali Afrikadan olan qaçqınları qəbul etməyəcək.

APA-nın xəbərinə görə, bunu “TVP Info” telekanalına müsahibəsində Polşanın baş naziri Mateuş Moravetski bəyan edib.

“Biz “Hüquq və Ədalət” partiyasının 2015-ci ildə müəyyən etdiyi mövqedə qalırıq. Polşa Yaxın Şərq və Şimali Afrikadan olan qaçqınları qəbul etməyəcək. Bu bizim suveren qərarımızdır”, deyə baş nazir qeyd edib. Onun sözlərinə görə, Polşa ukraynalı miqrantları qəbul edərək Avropa İttifaqının şərq sərhədində gərginliyi aradan qaldırır.

Polşa prezidenti Anjey Duda dekabrın 8-də baş nazirin müavini, maliyyə naziri Mateuş Moravetskini ölkənin baş naziri təyin edib. 49 yaşlı M.Moravetskinin namizədliyi hakim “Hüquq və Ədalət” partiyası tərəfindən irəli sürülüb. M.Moravetski Avropaya inteqrasiya tərəfdarı kimi tanınır.

 





02.01.2018    çap et  çap et