525.Az

Fransada Yeni il gecəsi 1000-dən çox avtomobil yandırılıb


 

Fransada Yeni il gecəsi 1000-dən çox avtomobil yandırılıb<b style="color:red"></b>

Fransa ərazisində Yeni il gecəsi 1000-dən çox avtomobil yandırılıb. Bu rəqəm ötən illə müqayisədə çoxdur.

APA-nın xəbərinə görə, bu barədə Fransa Daxili işlər nazirliyinin yaydığı açıqlamada bildirilir.

“Hər il olduğu kimi, bu ildə Yeni il gecəsi avtomobillərin yandırılması ilə bağlı faktlar qeydə alınıb. Belə ki, 1031 avtomobilə xuliqanlar tərəfindən od vurulub. Bu 2012/13 illərlə müqayisədə az olsa da (müvafiq olaraq 1193 və 1067), ötən ilki göstəricidən (935) çoxdur”, məlumatda qeyd olunub.

Dekabrın 31-dən yanvarın 1-ə keçən gecə Fransada ictimai asayişi pozduğuna görə 510 nəfər saxlanılıb. Müxtəlif insidentlər nəticəsində 8 polis əməkdaşı və 3 hərbi qulluqçu müxtəlif dərəcəli xəsarətlər alıb.

 





02.01.2018    çap et  çap et