525.Az

Ağ Ev İrandakı hadisələri “xalq üsyanı” adlandırdı


 

Ağ Ev İrandakı hadisələri “xalq üsyanı” adlandırdı<b style="color:red"></b>

Ağ Evin mətbuat katibi Sara Sanders İrandakı etirazları “xalq üsyanı” adlandırıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, S.Sanders Vaşinqtonun İran xalqını dəstəklədiyini bildirərək, rəsmi Tehranı fundamental insan haqlarına hörmətlə yanaşmağa çağırıb.  

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Xeyli bundan əvvəl Vaşinqtonun BMT TŞ-in təcili iclasını çağırmaq niyyətində olduğunu bildirib. 

Qeyd edək ki, İranda dekabrın 28-dən davam edən kütləvi etirazlar zamanı 450-dək insanın saxlandığı, 20-dək şəxsin öldüyü bildirilir.

 





03.01.2018    çap et  çap et