525.Az

Güclü qasırğa səbəbindən Eyfel qülləsi turistlər üçün bağlandı


 

Güclü qasırğa səbəbindən Eyfel qülləsi turistlər üçün bağlandı<b style="color:red"></b>

Böyük Britaniya, Fransa, İsveçrə və ABŞ-da güclü külək bir sıra ciddi fəsadlara yol açıb.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Eleonaro qasırğası səbəbindən yüz minlərlə ev işıqsız qalıb. London əhalisinə sel daşqınları ilə bağlı xəbərdarlıq edilib, Fransa və İsveçrədə təyyarə reysləri təxirə salınıb.

Şiddətli qasırğaya görə Eyfel qülləsi turistlərin üzünə bağlanıb. Qasırğanın sürəti saatda 160 kilometrdir.

ABŞ-də isə şaxta 11 nəfərin ölümünə səbəb olub. Florida və ətrafdakı yaşayış məntəqələrinə 30 ildən sonra ilk dəfə qar yağması proqnozlaşdırılır.

 





03.01.2018    çap et  çap et