525.Az

Rusiyanı Cənubi Qafqazla birləşdirən yol qismən açıldı


 

Rusiyanı Cənubi Qafqazla birləşdirən yol qismən açıldı<b style="color:red"></b>

Rusiyanı Cənubi Qafqazla birləşdirən Hərbi Gürcüstan yolu qismən açılıb.

APA-nın məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Şimali Osetiya üzrə Baş İdarəsi məlumat yayıb.

“Moskva vaxtı ilə saat 14:00-dan etibarən minik avtomobilləri üçün yol açılıb. Yük avtomobillərinə qoyulan qadağa isə hələ ki, qüvvədədir”, məlumatda deyilir.

Hərbi Gürcüstan yolu qeyri-sabit hava şəraiti ilə əlaqədar yanvarın 1-dən bağlanmışdı.

 





03.01.2018    çap et  çap et