525.Az

İsrail Qəzza sektoruna hava zərbələri endirdi


 

İsrail Qəzza sektoruna hava zərbələri endirdi <b style="color:red"></b>

İsrail aviasiyası Qəzza sektoruna zərbələr endirib.

APA-nın məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

“Fələstindən atılan raketlərə cavab olaraq, İsrail müdafiə ordusunun aviasiyası Qəzza zolağında silahlıların mövqelərinə hava zərbələri endirib", məlumatda deyilir. Digər təfərrüatlar açıqlanmır.

Məlumatda həmçinin qeyd olunub ki, hərbçilər İsrail vətəndaşlarına qarşı hücum cəhdlərinin qarşısını almaq üçün bütün vasitələrdən istifadə etməyə davam edəcəklər.

Qeyd edək ki, ötən gün Qəzza zolağından İsrail istiqamətində 3 raket buraxılıb. İnsident nəticəsində zərərçəkən olmayıb.

 





04.01.2018    çap et  çap et