525.Az

Neft-qaz ehtiyatlarının həcmi açıqlandı


 

Neft-qaz ehtiyatlarının həcmi açıqlandı<b style="color:red"></b>

“Azərbaycanda bu günə dəqiqləşdirilmiş çıxarıla bilən neft-kondensat ehtiyatı 1,5 mlrd. ton, qaz ehtiyatı isə 2 trln. 550 mlrd. kubmetr həcmindədir”.

“APA-Economics”in məlumatına görə, bunu SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə “Respublika” qəzetində dərc olunan məqaləsində bildirib.

Onun sözlərinə görə, proqnozlaşdırılan neft ehtiyatı 2 mlrd. ton, qaz ehtiyatı isə 3 trln. 450 mlrd. kubmetrdir:

“Başqa sözlə, Azərbaycanda bu günə dəqiqləşdirilmiş çıxarıla bilən karbohidrogen ehtiyatı neft ekvivalentində 4 milyard 50 milyon ton, proqnoz karbohidrogen ehtiyatı isə neft ekvivalentində 5 milyard 450 milyon tondur. Beləliklə, bizim ümumi karbohidrogen ehtiyatlarımız şərti yanacaqla 9,5 milyard ton həcmində qiymətləndirilir”.

 





04.01.2018    çap et  çap et