525.Az

Azərbaycanda 9-cu sinif şagirdi intihar edib


 

Azərbaycanda 9-cu sinif şagirdi intihar edib<b style="color:red"></b>

Azərbaycanda daha bir orta məktəb şagirdi intihar edib.

Beyləqan Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Birinci Şahsevən kəndində qeydə alınıb.
 
Kənd sakini, 1998-ci il təvəllüdlü Hümbətova Fatimə Vahid qızı özünü yaşadığı evdə asaraq intihar edib.
 
Prokurorluqdan həmçinin bildirilib ki, intihar edən qız 9-cu sinif şagirdidir.
 
Faktla bağlı araşdırma aparılır.
 
Qeyd edək ki, ötən gün də Şəmkir rayonunda 10-cu sinif şagirdi intihar edib.

 





12.06.2013    çap et  çap et