525.Az

Gömrük nəzarətinə bəyan edilməyən siqaretlər müsadirə edildi


 

Gömrük nəzarətinə bəyan edilməyən siqaretlər müsadirə edildi<b style="color:red"></b>

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan piyada gələn Azərbaycan vətəndaşının çantasına rentgen qurğusunda gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, baxış zamanı, çantada gömrük nəzarətinə bəyan edilməyən cəmi 4380 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 





04.01.2018    çap et  çap et