525.Az

“Keşlə” Ukrayna klubu ilə qarşılaşacaq


 

“Keşlə” Ukrayna klubu ilə qarşılaşacaq<b style="color:red"></b>

Bu gün istirahətini başa vuracaq “Keşlə” sabahdan bir araya gələcək.

Apasport.az saytının məlumatına görə, paytaxt klubunun sınaq matçı üçün daha 2 rəqibinin adına aydınlıq gəlib.

Yeni baş məşqçi Yuri Maksimov öncədən planlaşdırıldığı kimi, Bakıda 2 yox, 3 yoxlama görüşündə oyunçularını sınayacaq. Komandanın “Neftçi” və “Qaradağ Lökbatan”la yanaşı, “Zirə” ilə üz-üzə gələcəyi də dəqiqləşib. Bu oyunun yanvarın 12-də baş tutması gözlənilir. “Keşlə”nin eyni zamanda “Neftçi” ilə yanvarın 16-da, “Qaradağ Lökbatan”la isə ayın 19-da qarşılaşması planlaşdırılır.

İki həftəlik Bakı toplanışından sonra yanvarın 23-də Türkiyəyə yollanacaq bakılılar orda da 3 matçda meydana çıxacaqlar. Yanvarın 26-da “Rabotniçki” (Makedoniya), fevralın 1-də isə “Yenisey”lə (Rusiya) görüşəcək Yuri Maksimovun yetirmələrinin digər rəqibi “Karpatı” olacaq. Lakin ukraynalılarla matçın tarixi hələ dəqiqləşdirilməyib.

Qeyd edək ki, “Keşlə” Türkiyə toplanışına fevralın 2-də son qoyacaq.

 





04.01.2018    çap et  çap et