525.Az

"Kiyev Rusiyadan Avropaya gedən qaz kəmərinin partladılmasını planlaşdırıb"


 

"Kiyev Rusiyadan Avropaya gedən qaz kəmərinin partladılmasını planlaşdırıb"<b style="color:red"></b>

“2014-2015-ci illərdə Kiyevdə dövlət səviyyəsində Rusiyadan Avropaya təbii qaz nəql edən boru xəttinin partladılması planlaşdırılıb”.

APA-nın məlumatına görə, bunu Ukraynanın “Zik” telekanalına açıqlamasında müvəqqəti işğal olunmuş ərazilər və məcburi köçkünlərlə bağlı məsələlər üzrə nazir müavini Yuri Qrımçak deyib.

O bunun dövlət səviyyəsində planlaşdırıldığını qeyd edib.

Y. Qrımçakın fikrincə, Ukrayna ərazisindən gedən qaz magistral xətti Donbasda silahlı münaqişənin genişlənməsinə imkan verməyən əsas amillərdən biridir: “Bu gün Rusiya əlindən gələni edir ki, Ukraynadan kənar keçən qaz boru xətti inşa etsin”.

 





04.01.2018    çap et  çap et