525.Az

Kiyevdə Azərbaycan vətəndaşı həbs olundu


 

Kiyevdə Azərbaycan vətəndaşı həbs olundu<b style="color:red"></b>

Ukraynanın paytaxtı Kiyev şəhərində Azərbaycan vətəndaşı həbs olunub. 

APA-nın məlumatına görə, bu gün Kiyev şəhərində polis tərəfindən saxlanılan 1991-ci il təvəllüdlü Elnur Cəbrayılov barəsində Peçerski rayon məhkəməsinin qərarı ilə 2 aylıq həbs qətimkan tədbiri seçilib. 

Azərbaycan vətəndaşı insan alverində ittiham olunur. İttihamla razılaşmayan E. Cəbrayılov apelyasiya şikayəti verməyə hazırlaşır.

Qeyd edək ki, son bir neçə ay ərzində Kiyevdə daha bir neçə Azərbaycan vətəndaşı müxtəlif ittihamlarla həbs olunub, barələrində istintaq gedir.

 





05.01.2018    çap et  çap et