525.Az

Türkiyə-Almaniya münasibətləri normallaşdırıla bilər


 

Türkiyə-Almaniya münasibətləri normallaşdırıla bilər <b style="color:red"></b>

Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu yanvarın 6-da Almaniyaya səfər edərək alman həmkarı Ziqmar Qabriel ilə danışıqlar aparacaq.

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, danışıqlar zamanı Türkiyə və Almaniya arasında münasibətlərinin normallaşdırılması yolları müzakirə ediləcək.   

Məlumata görə, danışıqlar Ziqmar Qabrielin dünyaya gəldiyi Qoslar şəhərində keçiriləcək. 

Əvvəlki görüş 2017-ci ilin noyabrın 5-də Mövlud Çavuşoğlunun doğulduğu Antalya şəhərində keçirilmişdi.

 





05.01.2018    çap et  çap et