525.Az

Bu qidaların satışı məktəb və bağçalarda qadağan olundu- Siyahı


 

Bu qidaların satışı məktəb və bağçalarda qadağan olundu- <b style="color:red">Siyahı</b> Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi təhsil müəssisələrində təhsil və tərbiyə alanların sağlamlığının qorunması və möhkəmləndirilməsi məqsədilə təhsil müəssisələrində qidanın təhlükəsizliyinə, tərkibinə, qida dəyərliliyinə, həcminə, keyfiyyətinə və qidanın qəbul şəraitinə, o cümlədən təhsil müəssisələri üçün təhlükəsiz və keyfiyyətli qida istehsalını təmin edən texnoloji şəraitə vahid tələbləri müəyyən edən dövlət standartını təsdiq edib.

Dövlət Komitəsinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, AZS 747-2013 “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı”nın tətbiq vaxtı 2 sentyabr 2013-cü il tarixindən müəyyən edilib.

Təhsil müəssisələrində təhsil  və tərbiyə  alanların qidalanması üzrə  dövlət  standartı müasir qidalanma sistemini təşkil edən reqlamentləşdirilmiş əsas sənəd sayılır və standartın Azərbaycanın təhsil müəssisələrində və təhsil müəsssisələri üçün qidalanmanı təşkil edən müəssisələrdə icra edilməsi məcburidir. Bu standartın əsas məqsədi təhsil müəssisələrində qidalanmanın optimallaşdırılması yolu ilə  təhsil və tərbiyə alanların sağlamlığının qorunması və möhkəmləndirilməsidir. Standartda təhsil müəssisələrində qidanin tərkibinə, qida dəyərliliyinə, həcminə, keyfiyyətinə, təhlükəsizliyinə  və qidanin qəbul şəraitinə, qidalanmanın təhlükəsizliyinə və keyfiyyətinə, istifadə olunan qabların təhlükəsizliyinə, həmçinin əsas qida maddələrinə və enerjiyə olan fizioloji tələbat normalarının ödənilməsi üçün tələblər müəyyənləşdirilib. Standartda 3-18 yaşlı uşaq və yeniyetmələr üçün fizioloji tələbat normaları, məktəbəqədər təhsil müəssisələrində uşaqların qidalanmasında istifadə edilməsi üçün tövsiyyə olunan əsas qida məhsullarının siyahısı, ümumi təhsil və ilk peşə təhsili müəssisələrində  uşaq və yeniyetmələrin qidalanması zamanı istifadəsinə icazə verilməyən məhsulların siyahısı, məktəbəqədər təhsil müəssisələri üçün orta gündəlik ərzaq çeşidinin siyahısı əks olunub.

Dövlət Komitəsi ictimaiyyət tərəfindən geniş marağa səbəb olduğuna görə məktəbəqədər təhsil müəssisələrində uşaqların qidalanmasında istifadə edilməsi üçün tövsiyyə olunan qida məhsullarının siyahısını və ümumi təhsil və ilk peşə təhsili müəssisələrində  uşaq və yeniyetmələrin qidalanması zamanı istifadəsinə icazə verilməyən məhsulların siyahısını təqdim edib:
Məktəbəqədər təhsil müəssisələrində uşaqların qidalanmasında istifadə edilməsi üçün  tövsiyə olunan əsas qida məhsullarının  siyahısı
 
Ət və ət məhsulları:
- I kateqoriyalı mal əti;
- dana əti;
- qoyun ətinin yağsız növləri;
- soyudulmuş quş əti;
- dovşan əti;
- həftədə ən çoxu 1-2 dəfə termiki emaldan  sonra uşaq qidası üçün
bişirilmiş sosiskalar, sardelkalar (mal ətindən), kolbasalar;
- kəsmik və kəsmik məmulatları;
- acı olmayan pendir növləri (məktəbəqədər uşaq qidası üçün bərk, yarımbərk, yumşaq, ərgin pendirlər);
- xama (10% , 15% yağlılıqda) – termiki emaldan sonra;
- sənaye istehsalı olan turş süd məhsulları; qatıq, kefir, yoqurtlar,
- qaymaq (10% yağlılıqda);
Qida yağları:
- kərə yağı (72.5%, 82,5% yağlılıqda);
- bitki yağı (günəbaxan, qarğadalı, zeytun)- salatlara, veneqretlərə, ikinci xörəklər;
Qənnadı məmulatları:
- zefir, pastila, marmelad;
- şokolad və şokoladlı konfetlər- həftədə ən çoxu 1 dəfə;
-qaletlər, peçenye, krekerlər, vaflilər, pryaniklər, kekslər, şəkər çörək və şəkərbura (minimal miqdarda qida aromatizatorları  və  boyalar olan məhsulları üstünlük təşkil edir);
- pirojnalar, tortlar ( kremsiz);
- sənaye istehsalı olan cemlər, mürəbbələr, povidlo, bal.
Tərəvəzlər:
- təzə tərəvəzlər: kartof, ağ kələm, kök, qırmızı kələm, brüssel və gül kələmi, brokkoli, dəniz kələmi, kök, şəkər çuğunduru, xiyar, pomidor, şirin istiyot, yunan qabağı, badımcan, patisson, göy və baş soğan, cəfəri, şüyüd, kahı, turşəng, ispanaq, kərəviz, qırmızı turp, ağ turp, balqabaq.
- tez dondurulmuş tərəvəzlər ( təmizlənmiş yarımfabrikatlar): kartof, brüssel və  gül kələmi, brokkoli, kök, şəkər çuğunduru, yunan qabağı, badımcanlar,  baş soğan, ispanaq, kərəviz, balqabaq, noxud, yaşıl lobya.
Meyvələr:                                            
- alma, armud, banan, gavalı, şaftalı, ərik, giləmeyvələr ( çiyələkdən başqa, o cümlədən tez dondurulmuş meyvələr);
- sitrus növlü ( portağal, naringi, limon) -   orqanizmin qəbul edib etməməsi nəzərə alınmaqla;
- qurudulmuş meyvələr;
         - paxlalılar fəsiləsi: noxud, lobya, mərci;
- fındıq, badam,  qoz ləpəsi;
Şirələr və içkilər:
- sənaye istehsalı olan təbii şirələr və nektarlar (şəffaflaşdırılmış və meyvə ləti ilə);
- təbii meyvə əsasında sənaye istehsalı olan  içkilər;
- konservantlar və süni əlavələr olmadan sənaye istehsalı olan vitaminləşdirilmiş içkilər;
- qəhvə (surroqat), kakao,çay.
Konservlər:
- pörtlədilmiş mal əti (istisna şəkildə ət olmadıqda) birinci xörəklərin hazırlanması üçün;
- qızılbalıq, sayra (şorbaların hazırlanması üçün);
- kompotlar, dilimlənmiş meyvələr;
Çörək (çovdar, buğda və ya çövdar və buğda ununun qarışığından alınan, zənginləşdirilmiş çörəyi üstün tutaraq),yarmalar (qarabaşaq, yulaf, buğda), makaron məmulatları- məhdud olmadan bütün növlər.
Yodlaşdırılmış xörək duzu.
Maliyyə imkanları olduqda  əlavə olaraq uşaqların qidalanmasında aşağıdakılar istifadə oluna bilər:
-dənəvər  nərə və  qızılbalıq (losos)  kürüsü (iki həftə ərzində bir dəfədən tez olmayaraq);
-qırmızı duzlu balıq (qorbuşa, keta üstün olmaqla)- iki həftə ərzində bir dəfədən tez olmayaraq.
 
 
 
 
 
Ümumi təhsil və ilk peşə təhsili müəssisələrində uşaq və yeniyetmələrin qidalanması zamanı istifadəsinə icazə verilməyən məhsulların siyahısı
 
1. İstifadə müddəti bitmiş və aşağı keyfiyyətli qida məhsulu.
2. Bir gün əvvəl hazırlanmış qida.
3. Xarab olma əlamətləri ilə meyvə-tərəvəz məhsulları.
4. Baytarlıq nəzarətindən keçməmiş kənd təsərrüfatı heyvanlarının, balıqların və kənd təsərrüfatı quşlarının bütün növlərinin əti, içalat məhsulları.
5.  İçalat məhsulları (qaraciyər, dil və ürək  istisna olmaqla) .
6.  İçalatı  təmizlənməmiş  quş.
7.  Vəhşi heyvanların əti.
8.  Suda üzən quşların yumurtası  və əti.
9.  Qabığı  çirklənmiş yumurta, həmçinin salmonellyoza görə qeyri-sağlam təsərrüfatdan olan yumurta.
10.  Hermetikliyi pozulmuş bankada olan, köpmüş, paslı, deformasiyaya uğramış, etiketsiz konservlər.
11. Termiki emala məruz qalmayan yaşıl noxud.
12.  Çirklənmiş və ya anbar ziyanvericiləri ilə yoluxmuş yarma, un, quru meyvələr və başqa məhsullar.
13. Ev şəraitində hazırlanmış istənilən qida məhsulu və konservlər.
14. Kremli şirniyyat məmulatları (piroq və tortlar).
15. Termiki emala məruz qalmayan, təbii halda olan kəsmik  və xama.
16.  Ev şəraitində hazırlanmış qatıq.
17. Göbələklər və onlardan hazırlanan məhsullar (kulinariya məmulatları).
18.  Termiki emala məruz qalmayan içkilər və morslar, kvas.
19.  Kənd təsərüffatı heyvanlarının xəstəliyinə görə qeyri-sağlam təsərrüfatdan alınan, çəlləkdə saxlanılan, pasterizə edilməmiş və qaynadılmamış süd.
20. Təbii halda olan və kəsmiyin hazırlanması üçün istifadə olunan süd və qatıq.
21.  Termiki emaldan keçməmiş ətdən, quş ətindən, balıqdan hazırlanmış yeməklər.
22.  Sirkə, xardal, qıtıqotu,istiotlu bibər və digər ( kəskin ) ədviyyatlar, xəmiri acıdan naməlum tərkibli tozlar.
23.  İstiotlu souslar, ketçuplar, mayonezlər, qəlyanaltı konservlər, turşuya qoyulmuş tərəvəzlər və meyvələr.
24.  Təbii kofe, alkoqollu, energetik içkilər.
25.  Kulinariya  yağları, donuz və qoyun piyi, marqarin və digər hidrogenləşdirilmiş  yağlar.
26.  Qazlaşdırılmış  içkilər.
27.  Bitki yağları əsasında süd məhsulları və dondurma.
28.  Saqqız , çipslər.
29.  Tərkibində etanol olan (0,5%-dən artıq) qımız və turş süd məhsulları.
30.  Ət qiyməsi ilə hazırlanmış  makaron, ətli blinlər, studenlər, doğramac, paştetlər, siyənək balığından farşmak, üzərinə şirə tökülmüş  ətli və balıqlı yeməklər.
31. Yumurtalı makaronlar, qayğanaq.
32. Çox miqdarda yağ doldurulmuş dərin qablarda qızardılan piroqlar və ponçiklər.
 





12.06.2013    çap et  çap et