525.Az

Şamaxı yolunda dəhşətli qəza: 4 ölü


 

Şamaxı yolunda dəhşətli qəza: <b style="color:red">4 ölü</b> Bakı-Şamaxı yolunda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb.
 
Abşeron rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, “10-SF-616” dövlət nömrə nişanlı “LAND CRUİSER” markalı avtomobillə “90-JF-298” dövlət nömrə nişanlı “HOVA” markalı yük maşınının toqquşması nəticəsində xəsarət alan, 1981-ci il təvəllüdlü İsmayıl Quliyev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Digər yaralının isə vəziyyəti ağır olaraq qalır.
 
Polisdən, həmçinin bildirilib ki, qəza zamanı dünyasını dəyişən 3 nəfərin şəxsiyyətini müəyyənləşdirmək hələlik mümkün olmayıb.
 
Fakta bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, yol qəzası Bakı-Şamaxı yolunun 36-cı kilometrliyində qeydə alınıb.
 





12.06.2013    çap et  çap et