525.Az

FTB Hillari Klinton barəsində yeni araşdırmaya başladı


 

FTB Hillari Klinton barəsində yeni araşdırmaya başladı<b style="color:red"></b>

ABŞ-ın Federal Təhqiqatlar Bürosu Hilari Klinton barəsində yeni araşdırlamalara başlayıb. 

APA-nın “Hill“ nəşrinə istinadən verdiyi xəbərə görə, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib. 

Məlumata görə, istintaq H. Klinton dövlət katibi vəzifəsində işləyərkən onun rəhbərlik etdiyi “Clinton Foundation” fondunun fəaliyyətimi araşdırır. 

İstintaq xeyriyyə fondunun "donorları"nın yardımlar etdikdən sonra dövlətdən kömək alıb-almamalarını aydınlaşdıracaq. 

Eləcə də, təşkilatın vergi qanunvericiliyinə əməl edib-etmədiyi yoxlanılır.

H. Klinton və fondun təmsilçiləri isə hələlik heç bir açıqlama verməyib.

 





05.01.2018    çap et  çap et