525.Az

Heyli İranda Suriya ssenarisinin təkrarlanmasına yol verməməyə çağırdı


 

Heyli İranda Suriya ssenarisinin təkrarlanmasına yol verməməyə çağırdı<b style="color:red"></b>

ABŞ-ın BMT yanında daimi nümayəndəsi Nikki Heyli İranda Suriya ssenarisinin baş verməsi üçün xəbərdarlıq edib və buna yol verməməyə çağırıb. 

APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə o, BMT TŞ-də İranda baş verən hadisələrə dair keçirilən görüşdə deyib. “Dünya qanlı rejimin xalqın dinc etiraz aksiyalarla bağlı hüquqlarına məhəl qoymamasından sonra Suriyada baş verən dəhşətlərə şahid olub. Biz bunun İranda da təkrarlanmasına imkan verməməliyik. İranda baş verənlər bu ölkənin xalqı üçün insan haqları məsələsini, həmçinin beynəlxalq sülh və təhlükəsizlik məsələsini ortaya çıxarır”. 

Xatırladaq ki, ötən il dekabrın 28-də İranın Məşhəd, Kirmanşah, Həmədan, Qum, İsfahan, Rəşt, dekabrın 29-da paytaxt Tehranda etiraz aksiyaları başlayıb. Qərb KİV-i indiyə qədər aksiya iştirakçılarından ən azı 20-nin öldürüldüyü barədə məlumat yayıb.

 





05.01.2018    çap et  çap et