525.Az

Fikrət Qoca ölməyib


 

Fikrət Qoca ölməyib<b style="color:red"></b> Mən AYB-yə üzv olanda necə də sevinirdim! Biz- Gənc Ədiblər Məktəbinin üzvləri əllərimizdə biletlərimiz bir-birimizi təbrik edəndə necə də səmimi idik! Gənc Ədibləri bir araya gətirən Rəşad Məcid də ən az bizim qədər sevinirdi. Gənc yazar dostlarımız AYB-yə üzv olmaqları münasibəti ilə qonaqlıqlar verirdilər. Yaşım az olduğu ( onda mənim 15 yaşım var idi) və spirtli içki qəbul etmədiyim (indi də içmirəm) üçün o qonaqlıqlara dəvət olunmasam da qətiyyən üzülmürdüm. Sevdiyim insanların sevinci buna icazə vermirdi. Həmin sevinci artıran başqa bir səbəb də var idi. Orta məktəb kitablarından şeirlərini əzbərlədiyimiz nəhəng şairlər, hekayə və romanlarını həvəslə oxuduğumuz yazıçılar bizim istedadımızı dəyərləndirmişdilər.

Onlar bizim şeirlərimiz, hekayələrimiz haqqında öz fikirlərini bölüşərkən gözlərimizdəki işıq o qədər parlaq idi ki! Həmin şairlərdən biri də məmləkətimizin söz ustası, dəyərli müəllimimiz Fikrət Qoca idi.

Mən Ankaradan vətənə iki gün öncə dönmüşəm. Fikrət Qocanın yaşadığı məmləkətim daha çox vətəndir. Fikrət Qoca yaşayır! Ən azı onu sevənlərin də, sevməyənlərin də toylarda əl qaldırıb oynadığı o gözəl mahnı sözlərinin müəllifi kimi… Qoca sağdır. Ən azı Ankarada türk tələbə dostumun mənə yurdumuz ilə bağlı verdiyi sualların cavablarında :”Sizin bir şair var, Fikrət Qoca… Dənizlə bağlı bir şeiri var idi onun, necə idi həmin şeir?”

Bu sadəcə bir vəfa borcudur. Allahdan Fikrət müəllimə uzun və xeyirli ömürlər diləyirəm!
 





12.06.2013    çap et  çap et