525.Az

Avropanın müxtəlif istiqamətlərinə ən aşağı qiymətə 1 milyon bilet satışı elan edildi


 

Avropanın müxtəlif istiqamətlərinə ən aşağı qiymətə 1 milyon bilet satışı elan edildi<b style="color:red"></b>

İrlandiyanın aşağı büdcəli aviaşirkəti “Ryanair” Avropanın müxtəlif istiqamətlərinə indiyədək ən aşağı qiymətə 1 milyon bilet satışı elan edib. 

“APA-Economics” xəbər verir ki, ən ucuz biletlərin qiyməti 2,99 avrodur. 

Belə ki, şirkət Almaniyanın Memmingen və Düsseldorf şəhərlərindən Rumıniyanın Оrаdya şəhərinə biletlərin qiymətini 2,99 avroya satışa çıxarıb. 

Bundan başqa, Almaniyanın müxtəlif şəhərlərindən Polşa, İtaliya və Avropanın bir neçə şəhərinə 4,99-7,99 avro arasında biletlər təklif edir.

 





05.01.2018    çap et  çap et