525.Az

ABŞ-ın yeni hərbi strategiyası yanvarın 19-da açıqlanacaq


 

ABŞ-ın yeni hərbi strategiyası yanvarın 19-da açıqlanacaq<b style="color:red"></b>

ABŞ müdafiə nazirliyi ölkənin yeni hərbi strategiyasını yanvarın 19-da açıqlayacaq. 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın müdafiə naziri Ceyms Mettis bəyan edib. 

Onun sözlərinə görə, ictimaiyyət yalnız sənədin qeyri-məxfi hissəsi ilə tanış ola biləcək. "Strategiyanın qısa və qeyri-məxfi variantı dərc ediləcək”, deyə C.Mettis qeyd edib. 

2017-ci ilin sonunda ABŞ-ın yeni milli təhlükəsizlik strategiyası açıqlanıb. Sənəddə əsas diqqət Rusiya, Çin, KXDR, İran və Yaxın Şərqə yetirilib.

 





06.01.2018    çap et  çap et