525.Az

“Gənclərə dəstək” layihəsinin ilk konserti keçiriləcək


 

“Gənclərə dəstək” layihəsinin ilk konserti keçiriləcək<b style="color:red"></b>

“Gənclərə dəstək” layihəsi çərçivəsində ilin ilk konsert proqramı yanvarın 15-də M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının nəzdində olan Kamera və Orqan Musiqi Zalında reallaşacaq.

AZƏRTAC xəbər verir ki, “Vokal musiqi axşamı” adlı konsertdə respublikanın tanınmış gənc ifaçıları iştirak edəcəklər. Musiqili gecədə Azərbaycan bəstəkarlarının əsərləri ilə yanaşı, dünya bəstəkarlarının əsərlərinə də müraciət olunacaq. Layihə çərçivəsində növbəti konsert isə sözügedən məkanda yanvarın 29-da təşkil ediləcək.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Mədəniyyət” kanalı və Azərbaycan Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə gerçəkləşən layihə çərçivəsində ötən il 30-dək konsert proqramı təqdim olunub.

 





06.01.2018    çap et  çap et