525.Az

Azərbaycanın şimal zonasındakı sürüşmə sahələrində monitorinqlərə başlanır


 

Azərbaycanın şimal zonasındakı sürüşmə sahələrində monitorinqlərə başlanır<b style="color:red"></b>

Bu gündən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyası Azərbaycanın şimal zonasındakı sürüşmə sahələrində monitorinqlərə başlayır.

Bu barədə APA-ya məlumat verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi Bəxtiyar Qaralov deyib ki, monitorinqlər iyunun 16-dək davam edəcək. Bu müddət ərzində monitorinqlər şimal zonasının Xızı, Quba və Qusar rayonlarını əhatə edəcək. Monitorinqin nəticələri gələn həftə açıqlanacaq.
 
Qeyd edək ki, bundan öncə Böyük Qafqazın cənub-şərq yamacındakı, o cümlədən Azərbaycanın cənub bölgəsindəki sürüşmə sahələrində monitorinqlər aparılıb. Monitorinqlərin nəticələrinə əsasən, sürüşmə sahələrində ciddi aktivləşmə yoxdur, vəziyyət stabildir.

 





13.06.2013    çap et  çap et