525.Az

Pravoslav kilsələrində Milad bayramı münasibəti mərasimlər keçirildi


 

Pravoslav kilsələrində Milad bayramı münasibəti mərasimlər keçirildi<b style="color:red"></b>

Azərbaycandakı 6 pravoslav kilsəsində Milad bayramı münasibəti ilə ötən gecə və bu gün səhər mərasimlər keçirilib. 

APA-nın məlumatına görə, Azərbaycanın pravoslav xristian icmasının üzvləri Bakıdakı 3 kilsədə, o cümlədən Gəncə, Sumqayıt və Xaçmazdakı kilsələrdə keçirilən bayram mərasimlərində iştirak ediblər. 

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını İsa Peyğəmbərin mübarək mövludu – Milad bayramı münasibətilə təbrik edib.

Rusiya Pravoslav Kilsəsi Azərbaycanda pravoslav icmasının 200 minə qədər üzvünün olduğunu açıqlayıb.

 





07.01.2018    çap et  çap et