525.Az

Baxçalı: "MHP prezident seçkilərində Ərdoğanın namizədliyini dəstəkləyəcək"


 

Baxçalı: "MHP prezident seçkilərində Ərdoğanın namizədliyini dəstəkləyəcək"<b style="color:red"></b>

Milliyətçi Hərəkat Partiyası (MHP) 2019-cu ilin noyabrında keçiriləcək prezident seçkilərində Türkiyənin hazırkı prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcək.

APA-nın "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, bunu bu gün MHP sədri Dövlət Baxçalı bəyan edib.

D. Baxçalı deyib ki, MHP-nin prezidentliyə namizədi yoxdur, partiya sədri kimi də prezidentliyə namizəd olmayacaq: “MHP prezident seçkilərində Yenikapı ruhu ilə hərəkət edərək, Rəcəb Tayyib Ərdoğanı dəstəkləmək qərarı alacaq”.

D. Baxçalı 2019-cu ilin noyabrında prezident seçkiləri ilə eyni vaxtda keçiriləcək parlament seçkilərinə isə MHP-nin ittifaq formalaşarsa, ittifaq, bu mümkün olmadıqda isə müstəqil şəkildə qatılacağını bildirib.

 





08.01.2018    çap et  çap et