525.Az

“Qızıl qlobus”un qalibləri məlum oldu


 

“Qızıl qlobus”un qalibləri məlum oldu<b style="color:red"></b>

Los-Ancelesdə “Qızıl qlobus” mükafatının 75-ci təqdimetmə mərasimi keçirilib. 

APA-nın məlumatına görə, “Ən yaxşı dramatik film” üzrə mükafatı Martin Makdonaxın "Ebbinq, Missura sərhədində 3 bilbord" filmi qazanıb. Həmin film eyni zamanda ən yaxşı ssenari nominasiyasında mükafata layiq görülüb. “Qızıl qlobus” mükafatını “Ən yaxşı rejissor” nominasiyası üzrə Gilyermo del Toro əldə edib. 

Qori Oldman “Qaranlıq zamanlar”, Frensis Makdormand “Ebbinq, Missura sərhədində 3 bilbord" filmlərinə görə “Ən yaxşı aktyor” nominasiyasında qalib olublar. 

Bu dəfə mükafata sahib olan "Ledi Berd" filmi "Ən yaxşı komediya filmi", Ən böyük balaca yalan" ekran əsəri isə "Ən yaxşı mini-serial" kimi qiymətləndirilib.  

Qeyd edək ki, "Qızıl qlobus" 1944-cü ildən etibarən təqdim edilən amerikan kino mükafatıdır.

 





08.01.2018    çap et  çap et