525.Az

Türkiyədə fövqəladə vəziyyət rejiminin müddəti uzadılacaq


 

Türkiyədə fövqəladə vəziyyət rejiminin müddəti uzadılacaq<b style="color:red"></b>

Türkiyədəki mövcud fövqəladə vəziyyət rejiminin müddəti daha 3 ay müddətinə uzadılacaq. 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ bildirib. 

Onun sözlərinə görə, qərar parlamentdə təsdiq edildikdən sonra qüvvəyə minəcək. 

Fövqəladə vəziyyət rejimi 2016-cı il iyulun 21-də,  hərbi çevrilişə cəhddən sonra tətbiq olunub. 

 





08.01.2018    çap et  çap et