525.Az

Misirdə prezident seçkilərinin vaxtı məlum oldu


 

Misirdə prezident seçkilərinin vaxtı məlum oldu<b style="color:red"></b>

Misirdə növbəti prezident seçkiləri martın sonunda keçiriləcək. 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin seçkilər üzrə milli komissiyasının rəhbəri Ləşin İbrahim bildirib. 

Onun sözlərinə görə, ölkə xaricində seçkilər martın 16-18-də, ölkə daxilində isə martın 26-dan 28-dək keçiriləcək. Seçkilərin nəticələri aprelin 2-də məlum olacaq.   

Namizədlərin heç biri lazımi sayda səs toplamasa, seçkilərin ikinci turu 24-26 apreldə baş tutacaq. 

Hazırkı dövlət başçısı Əbdül Fəttah əs-Sisi 2014-cü ilin mayında prezident postuna seçilib, iyunun 8-də isə səlahiyyətlərinin icrasına başlayıb.

 





08.01.2018    çap et  çap et