525.Az

ABŞ Nümayəndələr Palatasının komitə sədri istefaya gedəcək


 

ABŞ Nümayəndələr Palatasının komitə sədri istefaya gedəcək<b style="color:red"></b>

ABŞ-da tanınmış respublikaçı-konqresmen Ed Roys bu il keçiriləcək seçkilərdə namizədliyini irəli sürməyəcəyini bəyan edib. 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Kaliforniya ştatını təmsil edən E. Roys Nümayəndələr Palatasının ən nüfuzlu Beynəlxalq əlaqələr üzrə komitəsinə rəhbərlik edir. 

O, ötən il Rusiya və Çinə qarşı tətbiq edilən sanksiyaların təşəbbüskarlarından biri kimi tanınır. 67 yaşlı Ed Roys istefasının səbəblərini açıqlamayıb.

 





09.01.2018    çap et  çap et