525.Az

Şimali və Cənubi Koreya hərbi rabitəni bərpa edir


 

Şimali və Cənubi Koreya hərbi rabitəni bərpa edir<b style="color:red"></b>

Şimali Koreya Sarı dənizdə insidentlərin qarşısının alınması məqsədilə Cənubi Koreya hərbçiləri ilə təcili əlaqə xəttini bərpa etməyə razılıq verib. 

APA-nın xəbərinə görə, bu barədə “Yonhap” agentliyi məlumat yayıb. Bildirilir ki, Şimali Koreya tərəfi bu barədə qonşu ölkəni hökumətlərarası danışıqlar zamanı məlumatlandırıb. 

Cənub Koreya artıq KXDR ilə qərb sahillərində rabitəni yoxlayıb. Bu kanal iki ölkə arasında münasibətlərin kəskin pisləşməsindən sonra bağlanmışdı. Xəbər verilir ki, artıq Koreya yarımadasındakı rabitənin bərpası üçün yalnız texniki məsələlərin həlli qalıb.

 





09.01.2018    çap et  çap et