525.Az

Temperatur 37 dərəcəyə çatacaq


 

Temperatur 37 dərəcəyə çatacaq<b style="color:red"></b> Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) sabah gözlənilən hava proqnozunu açıqlayıb. Nazirliyin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin Lent.az-a verdiyi məlumata görə, iyunun 14-15-də Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək, mülayim çənub-şərq küləyi əsəcək. Havanın temperaturu iyunun 14-də gündüz 27-32 dərəcə, iyunun 15-də 28-33 dərəcə isti təşkil edəcək.
 
Azərbaycanın rayonlarında iyunun 14-15-də hava yağmursuz keçəcək, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu Mərkəzi Aran rayonlarında gecə 17-22, gündüz 30-35, dağlarda 8-13, gündüz 20-25 dərəcə isti olacaq.
 
İyunun 15-də isə gecə 18-23, gündüz 30-35, bəzi yerdədə 37 dərəcə, dağlarda gecə 9-14, gündüz 22-27 dərəcə isti gözlənilir.
 





13.06.2013    çap et  çap et