525.Az

Rusiya və İranın Ankaradakı səfirləri Türkiyə XİN-ə çağırıldı


 

Rusiya və İranın Ankaradakı səfirləri Türkiyə XİN-ə çağırıldı<b style="color:red"></b>

Türkiyə Suriya ordusunun İdlibdəki təhlükəsizlik zonasının sərhədlərini pozması xəbərindən sonra Rusiya və İranın Ankaradakı səfirlərini XİN-ə çağırıb.  

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Ankara diplomatlardan Suriya hökumətini təhlükəsizlik zonalarının sərhədlərini pozmamağa çağırmağı xahiş edəcək.   

Qeyd edək ki, Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bundan əvvəl Suriya ordusunun terrorçularla mübarizə adı altında İdlib əyalətindəki mötədil müxalifət qüvvələrinə hücumlar etdiyini bildirib.

 





10.01.2018    çap et  çap et