525.Az

İran XİN rəhbəri Moskvaya səfər edəcək


 

İran XİN rəhbəri Moskvaya səfər edəcək<b style="color:red"></b>

İran XİN rəhbəri Məhəmməd Cavad Zərif Moskvaya səfər edəcək.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində M.C.Zərifin rusiyalı həmkarı Sergey Lavrovla nüvə sazişi də daxil olmaqla, müxtəlif məsələlər ətrafında siyasi  məsləhətləşmələr keçirəcəyi gözlənilir. 

Yanvarın 11-də isə M.C.Zərifin Aİ diplomatiyasının rəhbəri Federika Mogerininin dəvəti ilə  Brüsselə səfəri nəzərdə tutulub. Səfər zamanı M.C.Zərifin almaniyalı, fransalı və britaniyalı həmkarları ilə nüvə sazişi ətrafında son vəziyyəti müzakirə edəcəyi gözlənilir.

 





10.01.2018    çap et  çap et