525.Az

Lisenziyası ləğv edilən sığorta şirkəti iki dövlət qurumunu məhkəməyə verdi


 

Lisenziyası ləğv edilən sığorta şirkəti iki dövlət qurumunu məhkəməyə verdi<b style="color:red"></b>

Azərbaycanda lisenziyası ləğv edilmiş sığorta şirkəti “Qarant Sığorta” ASC Kənd Təsərrüfatı Nazirliyi və "Azərsığorta" Dövlət Kommersiya Şirkətini məhkəməyə verib.   

“APA-Economics”in məlumatına görə, “Qarant Sığorta” cavabdeh tərəflərdən subroqasiya qaydasında pul tələbi iddiası ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. 

İddia üzrə növbəti məhkəmə prosesi Miminat Hacıbəyovanın sədrliyi ilə bu il fevralın 6-da keçiriləcək. 

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 23 sentyabr 2016-cı il tarixli qərarına əsasən, "Qarant Sığorta" ASC-nin sığorta fəaliyyətinə verilmiş lisenziyası sığortaçının müraciətinə əsasən ləğv edilib.

 





10.01.2018    çap et  çap et