525.Az

İranda "Telegram"a girişə məhdudiyyət aradan qaldırıldı


 

İranda "Telegram"a girişə məhdudiyyət aradan qaldırıldı<b style="color:red"></b>

İran hakimiyyəti "Telegram"-a girişə məhdudiyyəti aradan qaldırıb. 

APA-nın məlumatına görə, bu barədə "Reuters" agentliyi məlumat yayıb. 

Hazırda İran sakinləri yenidən "Telegram" messencerindən istifadə edir. 

Qeyd edək ki, 28 dekabr 2017-ci ildə İranda başlayan etiraz aksiyalarından sonra dekabrın 31-də  "Reuters" agentliyi hakimiyyətin "Instagram" sosial şəbəkəsi və "Telegram"-a girişi müvəqqəti bağladığı barədə məlumat yayıb. Yanvarın 7-də İran hakimiyyəti "Instagram" sosial şəbəkəsinə girişə məhdudiyyəti aradan qaldırıb.

 





14.01.2018    çap et  çap et