525.Az

Müğənnini telekanaldan qovdular


 

Müğənnini telekanaldan qovdular<b style="color:red"></b>

Türkiyəli müğənni Yıldız Tilbə “Kanal T”də aparıcılığını etdiyi "Yıldız Tilbə Show" verilişindən kənarlaşdırılıb.

Axşam.az-ın “Hürriyət”ə istinadən məlumatına görə, sənətçi “Gəzi Parkı” etirazlarına qoşulduğundan proqramın yayımını təxirə salıb. Bu isə telekanal rəhbərliyinin narazılığına səbəb olub.

O, mediaya açıqlamasında məsələ barəsində bunları deyib:

“Televiziyadakı işimə son qoydular. Hər kəs verilişlərini təxirə salmışdı. Hətta Bəyaz və Tarkan da belə bir addım atdı. Rəhbərlik isə verilişə çıxmadığım üçün məni kanaldan uzaqlaşdırıb. Mən heç kimin tərəfində deyiləm. Bu ölkənin bütövlüyü və xoşbəxtliyindən yanayam. İstəyirəm ki, hamı xoş günlər yaşasın”.

 





13.06.2013    çap et  çap et