525.Az

Lavrov: "ABŞ İranla nüvə razılaşmasını pozmaq istəyir"


 

Lavrov: "ABŞ İranla nüvə razılaşmasını pozmaq istəyir"<b style="color:red"></b>

"Rəsmi Vaşinqtonun İranla nüvə razılaşması ilə bağlı son bəyanatı optimizm və sabitliyi gücləndirmir". 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov 2017-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib. 

O bildirib ki, xarici siyasətin inkişafı nöqteyi-nəzərindən ötən il çətin keçib, dünyanın müxtəlif nöqtələrində çoxsaylı gərginlik ocaqları olub. Nazir qeyd edib ki, 2017-ci ilin son ayları Vaşinqtondan səslənən bəyanatlar üzündən kəskinləşib: “Son bəyanatlar İranın nüvə proqramı ilə bağlı razılaşmanın pozulmasına yönəlib. Bu optimizm və sabitliyi artırmayıb”.

 





15.01.2018    çap et  çap et