525.Az

ANS və ATV-yə xəbərdarlıq edildi


 

ANS və ATV-yə xəbərdarlıq edildi<b style="color:red"></b>

Milli Televiziya və Radio Şurası (MTRŞ) ANS və ATV kanallarına şifahi xəbərdarlıq edib.

APA-nın xəbərinə görə, xəbərdarlıq şuranın bu gün keçirilən iclasında elan olunub. Xəbərdarlıqda qeyd olunub ki, ANS kanalında sentyabrın 26-da saat 19.15-də yayımına başlanan və 20.50-dək davam edən, əsas süjet xəttini bir xanımın 2 kişi ilə eşq macəralarının təşkil etdiyi “Bricit Consun gündəliyi” filmində uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən, kodsuz yayımlanan, o cümlədən erotika və qəddarlığı əks etdirən proqramlar üçün xüsusi qaydaların 2 maddəsinə zidd olaraq seksual münasibətlərdən bəhs edən söhbətlərə yol verilib. Eyni zamanda ədəbsiz ifadə və sözlərdən, jestlərdən istifadə edilib.

ATV kanalında isə oktyabrın 1-də saat 13.00-da yayımına başlanan “Əlli görüş” bədii filmində yuxarıda qeyd edilən qaydanın 2 maddəsinə zidd olaraq seksual münasibətlərdən bəhs edən söhbətlərə yol verilib, ədəbsiz ifadə və sözlərdən istifadə olunub.

 





03.10.2012    çap et  çap et