525.Az

Lavrov prezident seçkisindən sonra vəzifədə qalacaq?


 

Lavrov prezident seçkisindən sonra vəzifədə qalacaq? <b style="color:red"></b>

Rusiya xarici işlər naziri Sergey Lavrov bu ilin mart ayında keçiriləcək prezident seçkisindən sonra nə işlə məşğul olacağı ilə bağlı suala cavab verib. 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, 2017-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında S. Lavrov Xarici İşlər Nazirliyinin effektiv işini təmin edəcəyini söyləyib:

"Bizim Konstitusiyamız var, hansı ki, hökumətin formalaşdırılması qaydasını dəqiq müəyyən edir. Sizi əmin edirəm ki, bu qayda tam şəkildə saxlanılacaq. O ki qaldı mənə, mən XİN-in işini maksimal dərəcədə effektiv təmin etməkdən başqa heç nəyə öyrəşməmişəm. Bu mənim əsas vəzifəmdir".

 





15.01.2018    çap et  çap et