525.Az

Azərbaycanda hərbi parada hazırlıq gedir


 

Azərbaycanda hərbi parada hazırlıq gedir<b style="color:red"></b> İyunun 26-da Bakı şəhərində keçiriləcək hərbi parada hazırlıq çərçivəsində bu gün hərbi aviasiyanın təlim uçuşları olub.
 
Uçuş məşqlərində iştirak edən APA-nın əməkdaşının məlumatına görə, təlimlərdə Hərbi Hava Qüvvələrinin MiG-29, Su-25, L-39 təyyarələri, Mi-17, Mi-24G, Ka-32, Dövlət Sərhəd Xidmətinin Mi-35M, Fövqəladə Hallar Nazirliyinin Mi-8 və Ka-32 tipli helikopterləri iştirak edib.
 
Aviasiya bölmələri təyyarələr və ardınca helikopterlər olmaqla, «Azadlıq» meydanı istiqamətində Bakı buxtası üzərində uçuş ediblər.
 
APA-nın əməkdaşı da helikopterdə uçuşları canlı müşahidə edib və lentə alıb.
 





13.06.2013    çap et  çap et