525.Az

Səlim Babullaoğludan yeni şeirlər kitabı


 

Səlim Babullaoğludan <b style="color:red">yeni şeirlər kitabı</b>

Şənbə günü, iyunun 15-də, saat 14.00-da İçərişəhərdəki Müasir İncəsənət Mərkəzində şair Səlim Babullaoğlunun “Polkovnikə heç kim yazmır” şeirlər kitabının təqdimatı və imza mərasimi keçiriləcək. Mərasimdə Səlim Babullaoğlu şeirlərini oxuyacaq, oxucuların suallarını cavablandıracaq.
Maraqlanan hər kəs mərasimə dəvətlidir!

Ünvan:  İçərişəhər, Qüllə küçəsi 15 (Qoşa Qala qapısından Qız Qalasına gedən yolda, Karvansaraya çatmamış sağ tərəf)




             MÜƏLLİF YENİ KİTABI HAQQINDA

...Xaricdə nəşr olunan 5 kitabı saymasaq, ana dilində 4 kitabım nəşr olunub. 17 il əvvəl “Tənha” adlı şeirlər və hekayələr toplusu, 2009-da “İlyas Göçmənin şəkil dəftəri”, 2010-cu ildə “525 kitab seriyası”ndan bir kitabça və indiki “Polkovnikə heç kim yazmır”... Əslində isə bir-birini təkrarlamayan, məni qane edən iki şeir kitabım var...

... 3 il əvvəl “525 kitab seriya”sından eyniadlı kitabçam nəşr olunmuşdu. Yeni kitabım isə, eyni adı daşısa da, başqa formatdadır, dizaynı bambaşqadır, həcmcə iki dəfə böyükdür. Mündəricə başqadır. Tirajı da ürəyimcədir...

...Öz hesabına kitab çap eləmək - “kitabım çıxdı!” demək üçündür, kitabın özü-özünü ərsəyə gətirməsi isə  ədəbiyyat üçündür. Bəzən bu, əbədiyyət üçün də ola bilir...

...Bu kitabda şeirlərin sıralanması təsadüfi deyil. Son üç şeirlə isə mən həyatımın bir əsas mərhələsinə xitam verdim...

 





13.06.2013    çap et  çap et