525.Az

Temperatur 39 dərəcəyə çatacaq


 

Temperatur 39 dərəcəyə çatacaq<b style="color:red"></b> Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamenti sabah gözlənilən hava proqnozunu açıqlayıb.
 
Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin apa.az-a verdiyi məlumata görə, iyunun 15-i və 16-da Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir.
 
Gündüz mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun iyunun 15-də gecə 18-23 dərəcə, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir. İyunun 16-da gecə 18-23 dərəcə, gündüz 29-34 dərəcə isti olacaq. Bəzi yerlərdə temperatur 36 dərəcəyə çatacaq.
 
Azərbaycanın rayonlarına gəlincə, iyunun 15-də və 16-da yağmursuz olacaq. İyunun 15-də mülayim şərq küləyi əsəcək. Aran rayonlarında temperatur gecə 17-22 dərəcə, gündüz 31-36 dərəcə,  bəzi yerlərdə 39 dərəcə isti olacaq. Dağlarda gecə 9-14 dərəcə, gündüz 21-26 dərəcə isti qeyə alınacaq. 
 
Azərbaycanın rayonlarında iyunun 16-da temperatur gecə 18-23, gündüz 34-39 dərəcə, dağlarda gecə 9-14 dərəcə, gündüz 23-28 dərəcə isti olacaq.
 





14.06.2013    çap et  çap et