525.Az

Azərbaycanlı telejurnalist Moldovaya buraxılmadı


 

Azərbaycanlı telejurnalist Moldovaya buraxılmadı<b style="color:red"></b>

Rusiyanın NTV kanalının Azərbaycan əsilli jurnalisti İradə Zeynalova Moldovaya buraxılmayıb. 

APA-nın RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Moldovanın sərhəd polisinin mətbuat xidmətindən məlumat verilib. 

Bildirilir ki, İ. Zeynalova Moldovaya səfərinin məqsədini təsdiqləyə bilmədiyi üçün geri qaytarılıb: “O, İstanbul-Kişinyov reysi ilə uçub. Pasport yoxlanışı zamanı qeyd edib ki, rəsmi şəxslərlə görüşü planlaşdırılıb, lakin bu görüşləri sənədlə təsdiqləyə bilməyib”. 

Məlumatda o da vurğulanır ki, jurnalist deportasiya edilməyib, Moldovaya girişinə qadağa qoyulmayıb. 

İradə Zeynalova ilk Kişinyov-Moskva reysi ilə yola salınıb.

 





17.01.2018    çap et  çap et