525.Az

Bakı-Moskva qatarında bomba həyacanı


 

Bakı-Moskva qatarında bomba həyacanı<b style="color:red"></b>

Rusiyanın Dağıstan Muxtar Respublikasının paytaxtı Mahaçqalanın cənub hissəsindəki dəmiryolunda mümkün partlayış səbəbindən Bakı-Moskva qatarının hərəkəti dayandırılıb. ANS PRESS-in məlumatına görə, bu barədə İTAR-TASS-a respublika Daxili İşlər Nazirliyindən (DİN) məlumat veriblər.

Məlumata görə, bu gün səhər saatlarında dəmiryollarına baxış zamanı relslərdə əldəqayırma partlayıcı qurğuya bənzəyən şübhəli əşya tapılıb. Hazırda hadisə yerində xüsusi xidmət orqanları işləyirlər, ərazi nəzarət altına alınıb.

Müvəqqəti olaraq Şimali-Qafqaz dəmiryolunun Mahaçqala sahəsində bütün qatarların hərəkəti dayandırılıb.

 





14.06.2013    çap et  çap et