525.Az

Tillerson: “ABŞ Suriyada hərbi iştirakını davam etdirməyi planlaşdırır”


 

Tillerson: “ABŞ Suriyada hərbi iştirakını davam etdirməyi planlaşdırır”<b style="color:red"></b>

ABŞ İŞİD qruplaşmasının darmadağın edilməsindən sonra da Suriyada hərbi iştirakını davam etdirməyi planlaşdırır. 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson bəyan edib. 

“Hərbi missiyamız bir sıra şərtlərdən asılıdır. Biz əmin olmalıyıq ki, terrorçular bir daha Suriyada başlarını qaldırmayacaq. Biz 2011-ci ildə buraxılan səhvlərin təkrarlanmasına imkan verməməliyik. O zaman İraqı tərk etməyimiz “Əl-Qaidə”nin sağ qalaraq İŞİD-ə çevrilməsinə gətirib çıxardı”, deyə R.Tillerson.

 





18.01.2018    çap et  çap et