525.Az

Bəkir Bozdağ: “Türkiyənin səbri tükənmək üzrədir”


 

Bəkir Bozdağ: “Türkiyənin səbri tükənmək üzrədir”<b style="color:red"></b>

YPG terrorçularının ABŞ tərəfindən silahlandırılması məsələsində Türkiyənin səbri tükənmək üzrədir. Türkiyə bu məsələdə bütün zəruri addımları atmaqda israrlıdır. 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ bəyan edib. 

“Biz bir daha ABŞ-a müraciət edirik – PKK qolu olan PYD və YPG-yə verilən silahlar yığılmalıdır. Vaşinqtonun PYD / YPG-yə dəstəyini dərhal dayandırması çox vacibdir. ABŞ regionda terrorçuların nəzarəti altında olan bölgənin və terrorçulardan ibarət ordunun yaradılması cəhdlərindən əl çəkməlidir”, deyə B.Bozdağ vurğulayıb.

 





18.01.2018    çap et  çap et