525.Az

Netanyahu: “ABŞ ilin sonunadək səfirliyini Yerusəlimə köçürəcək”


 

Netanyahu: “ABŞ ilin sonunadək səfirliyini Yerusəlimə köçürəcək”<b style="color:red"></b>

ABŞ ilin sonunadək səfirliyini Tel-Əvivdən Yerusəlimə köçürəcək. 

APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, bunu Hindistanda səfərdə olarkən İsrailin baş naziri Benyamin Netanyahu bəyan edib. 

Bundan əvvəl ABŞ rəsmiləri, o cümlədən dövlət katibi Reks Tillerson səfirliyin Yerusəlimə köçürülməsinə bir ildən çox vaxt tələb olunacağını bildirib. 

Qeyd edək ki, dekabrın 6-da prezident Donald Tramp Yerusəlimin İsrailin paytaxtı kimi tanınmasını bəyan edib və ABŞ-ın Tel-Əvivdəki səfirliyini Yerusəlimə köçürüləcəyini bildirib.

 





18.01.2018    çap et  çap et