525.Az

Tramp Netanyahunun Yerusəlimə dair bəyanatını təkzib etdi


 

Tramp Netanyahunun Yerusəlimə dair bəyanatını təkzib etdi<b style="color:red"></b>

ABŞ səfirliyinin Yerusəlimə köçürülməsi bu il baş tutmayacaq. 

APA-nın xəbərinə görə, bu barədə Reuters agentliyinə müsahibəsində ABŞ prezidenti Donald Tramp bildirib. 

İsrailin baş naziri Benyamin Netanyahunun bəyanatını şərh edən Tramp deyib: “Biz müxtəlif ssenarilərdən danışırıq. Vaşinqtonda bu variant nəzərdən keçirilmir. Bu, bir ildən çox vaxt tələb edir”. 

B.Netanyahu ötən gün bəyan edib ki, ABŞ ilin sonunadək səfirliyini Tel-Əvivdən Yerusəlimə köçürəcək. 

Qeyd edək ki, dekabrın 6-da prezident Donald Tramp Yerusəlimin İsrailin paytaxtı kimi tanınmasını bəyan edib və ABŞ-ın Tel-Əvivdəki səfirliyini Yerusəlimə köçürüləcəyini bəyan edib.

 





18.01.2018    çap et  çap et