525.Az

Pentaqon: "ABŞ Suriyada yeni ordu qurmur"


 

Pentaqon: "ABŞ Suriyada yeni ordu qurmur"<b style="color:red"></b>

ABŞ Suriya ərazisində yerli dəstələrin təlimini davam etdirir, lakin söhbət yeni ordu və yaxud sərhəd qüvvələrinin qurulmasından getmir. 

APA-nın xəbərinə görə, bu barədə Pentaqonun yaydığı açıqlamada bildirilir. 

“İŞİD qruplaşmasının məhvinə yönələn hərbi əməliyyat hələ ki, başa çatmayıb. Yerli qüvvələr terrorçulardan təmizlənən ərazilərdə vəziyyətin sabitləşməsini təmin etməlidir. Pentaqon Suriyadakı hərəkətləri barədə Türkiyəni məlumatlandırmaqda davam edəcək”, sənəddə deyilir.

Açıqlamada həmçinin bildirilir ki, Ankaranın Suriya-Türkiyə sərhədindəki vəziyyətlə əlaqədar narahatlığı başa düşüləndi: “ABŞ terrorla mübarizədə NATO üzrə müttəfiqini daim dəstəkləyəcək”.

 





18.01.2018    çap et  çap et