525.Az

“Sosial və siyasi parazitizm”, tüfeylilik - Ermənistan dövlətinin mövcudluq formasıdır


 

“Sosial və siyasi parazitizm”, tüfeylilik - <b style="color:red">Ermənistan dövlətinin mövcudluq formasıdır </b>

Bugünlərdə özünü “Azərbaycan SSR-dən olan qaçqınların qurultayının koordinatoru” kimi təqdim edən MariamAvaqyan erməni mətbuatına verdiyi müsahibədə “sensasiyalı” rəqəmlər səsləndirib, nəticədə isə həm  özünü, həm də himayədarlarını növbəti dəfə ifşa edib. 

“Siyasi və sosial parazitizm (tüfeylilik)”- elmi psixoloji ədəbiyyatda ayrı-ayrı  sosial qrupların, bütöv bir cəmiyyətlərin  başqaları hesabına mövcud olmaq, heç bir şey etmədən ondan faydalanmaq cəhdi, yaşam tərzini ifadə etmək üçün tətbiq edilir. Konsepsiyanın və sosial parazitlərin həyat tərzinin mahiyyəti ondan ibarətdir ki, “ parazitlər   çalışmaq istəmirlər və malik olmadıqları, haqq etmədikləri bir çox şeyləri əldə etmək, sərvət və hakimiyyətə yiyələnmək üçün daim yeni üsulları fikirləşirlər. Bu üsulların köməyi ilə onlar başqa xalqlara qarşı iddialar irəli sürür, bir xalqı   digərinin üzərinə saldıra bilirlər və s. Sosial parazitlər çox yaxşı maskalanmaq qabiliyyətinə malik olur və onları  fərqləndirmək bəzən çox çətin olur”. (ПетровМ.А.Соиальный паразитизм: сущность и типология (к постановке проблемы//http://polittheory.narod.ru/Petrov/Petrov.html) 

Fikrin davamı kimi qeyd etmək olar ki, sosial parazitizmin ən başlıca xüsusiyyəti-başqa ölkələrə torpaq iddialarınıirəli sürmək, işğal etməklə qondarma dövlət yaratmaq dünyaya əl açıb dilənçilik etmək, bunu üçün əzilən və yazıq xalq mifini yaratmaq, ,  müftəxor tüfeyliliyi sürdürmək üçün çeşidli yalanlar uydurmaq-ermənilərin yaşam kredosu, Ermənistan dövlətinin mövcudluq strategiyasıdır. 

“Mendācemmemorem esse oportet” - “Yalançının yaxşı yaddaşı olmalıdır” 

Müəllifi antik Romalı natiq, KvintilianMarkFabi olan qədim  deyimə görə,“yalançının yaxşı yaddaşı olmalıdır”. Çünki o və  həqiqəti daim gizlətmək üçün kimə nə dediyini, nə vaxt dediyini daim xatırlamalıdır. Əks təqdirdə- yeni yalanlar uyduranda nəticəsi özünüifşa ola bilər.

Parazitizm-tüfeylilik strategiyası- müvafiq təşkilatlanma tələb edir. Çünki bu həyat tərzi göründüyü qədər də asan məsələ olmayıb, Çin daosizm fəlsəfəsinin sərrast deyiminə görə, “atların yerinə qaçmağı və itlərin yerinə hürməyi” tələb edir.

Elə bu məqsədlə yaradılan qurumlardan biri də - 13 mart 2011-ci il tarixində Yerevanda təsis edilən Azərbaycan SSR-dən olan qaçqınların qurultayıdır. Öz fəaliyyətinin koordinasiya etməkçün Qurultay 7 komissiya təsis edib və onların rəhbərlərini seçib. Mariam Avaqyan onlardan biridir.

Bugünlərdə həmin Avaqyan News.am saytına verdiyi müsahibədə bildirib ki, 1990-cı ilin yanvar hadisələri zamanı Bakıda 9000 nəfər, Sumqayıtda isə 700 erməni öldürülüb. “Azərbaycan ermənilərinə” qarşı soyqırım törədilib. Ümumilikdə, 1988-1990-cı illər arasında Azərbaycandan təxminən 660 min erməni qaçqın düşüb (https://news.am/rus/news/430919.html).

Beləliklə, Avaqyanın hesabına görə, 1990-cı ilin yanvar ayında 10 minə yaxın (!?) erməni həlak olub. Ola bilsin, söhbət cəmi 2 il-2014-2015-ci illərdə Ermənistanı tərk edərək Avropa Birliyi ölkələrinə yollanan və orada qaçqın statusu almaq istəyən10 min nəfər ermənidən gedir. Çünki,Ermənistanlı deputat NairaZöhrabyansənədlərini saxtalaşdıraraq “azərbaycanlı“ kimi 10 min erməninin Avropaya getməsinə görə həyəcan təbili çalmışdır. Sitat: “Ermənistan vətəndaşları Avropa ölkələrində sığınacaqları bax bu cür ən çirkin, murdar yollarla əldə edirlər”.

Avaqyan müsahibəsini belə bitirib ki, “reallıqda,  Azərbaycan SSRİ-in ərazisində 2 milyon erməninin yaşaması ehtimal edilə bilər. Çünki onlardan bir çoxu öz soyadlarını dəyişdiriblər”. İnsafən deyilsə, o bunu “ehtimal edir”. Lakin bu ehtimala görə,  indiki Ermənistan dövlətinin bütün əhalisi Azərbaycandan getmiş sayılır.

Bəli, doğrudan da, yalançının yaxşı yaddaşı olmalıdır. Cəmi 5 ay əvvəl, 2017-ci ilin iyun ayında M.Avaqyan bu rəqəmi - 420 min nəfər göstərmişdi.(http://hayastannews. com/news/147155.html) Mütəfəkkir yazıçımız M.F.Axundovun təbirincə desək, “Bu qədər də barıt qoyarlar?” 

Erməni koordinatorun“yalançı yaddaşının yaxşı-möhkəm olmadığını” göstərən təkcə bu deyil.

Belə ki, o koordinatoru olduğu butəşkilatıgah konqres, gah qurultay, gah daassambleyaadlandırır. Mətbuatda adını müxtəlif cür-"Azərbaycan SSR-ından ermənilərin birliyi" və "Azərbaycan SSR-dən olan qaçqınların Qurultayı", “Azərbaycan SSR-dən olan qaçqınların Congresi”kimi təqdim edir.

MariamAvaqyanın yaddaş problemini görən soydaşları, onun soyadını erməni mətbuatıhörmətsizliklə,  gah Avakyan, gah isə, Ayvazyan  şəklində yazır. (http://www.tert.am/en/news /2016/02/29/mariam-avagyan/1947403).

“Çoxfunksiyalı koordinator”MaryamAvakyan, gah koordinator, gah Azərbaycan SSR-dənolan erməni qaçqınlarının Qurultayının Rəyasət heyətinin üzvü hesab adlandırılır.Hansının doğru olması üzərində təbii ki, baş sındırmaq lüzumsuzdur. Həyat tərzi başdan ayağa saxta (“fake”) rejimdə olan ermənilər üçün bu adi təbii hal sayılır.

Ən maraqlısı budur ki, Azərbaycan SSR-dən olan erməni qaçqın təşkilatının   fəaliyyətində “müsbət”adlandırılacaq məqamlar da var.

"Azərbaycan SSR-dən olan qaçqınların Qurultayı" prezident S.Sərkisyana müxalifət təşkilatdır. Belə ki, Mariamınbu təşkilatda digər həmkarı, həm də beynəlxalq hüquq və əlaqələr üzrə(!)-koordinatorAndreasQukasyandır. “Ayağa qalx Ermənistan” hərəkatının yaradıcısı Qukasyan 2013-cü ildə Ermənistanı silkələyən iğtişaşların təşkilatçısı, prezident seçkilərində 60 faizə yaxın səs toplayan namizəd və Sərkisyanı“saxta prezident, seçkiləri  isə saxta seçkilər”adlandıran şəxsdir.

Qukasyan həmçinin, Aprel döyüşlərində erməni ordusunda panika yaşanmasını, burada əsgərlərə heç nə etməmək əmrinin verilməsi faktını aşkara çıxaran video ilə gündəmə gəlmişdi (https://www.facebook.com/RadioVan.fm/posts/1224768194224674).

İkinci maraqlı məqam odur ki, M.Avaqyan   bu 660 min erməninin rusların dəstəyi ilə qovulmasını bəyan edir. Həmçinin təşkilat Azərbaycandan gedən ermənilərin 27 il sonra Moskva şəhərində yaşadıqları binadan küçəyə atılmasını isə-Rusiyanın özlərinə qarşı “soyqırım siyasəti” adlandırır.

Koordinatorun dediklərində özünüifşa kimi yalan o qədər qabarıqdır ki, sual verməyə ehtiyac qalmır. Belə ki,bu qədər erməni  qaçqın varsa qurultayda cəmi 100 nəfər niyə iştirak edib? Yaxud Change.org-platformasında bu qaçqın təşkilatın bəyanatı  lazım olan 200 imzanı belə ala bilməyib, cəmi 140 imza ala bilib(!?) (https://www.change.org/p/%D0%BC%D0%B8%D0%BD%D1%81%D0%BA%D0%BE%D0%B9-)

İqtisadçı və iş adamı Ş.Stark yalançı və saxtakarları ifşa etməyin 5 yolunu göstərib. Burada ikinci yol-faktları yoxlamaqdır, sonuncu isə məsuliyyətə cəlb etməkdir. Faktlar nə deyir?

1989-cu ildə  əhalinin ümumittifaq siyahıyaalınmasının nəticələrinə görə, Azərbaycan SSR-də ermənilərin sayı 390.505 nəfər olub. Üstəlik də, 1989-cu ilin siyahıyaalınması keçmiş DQMV-nin ərazisində ekstremal, qeyri-obyektiv şəraitdə keçirilib. Keçmiş DQMV-də bütün əhalinin sayı 189.085 nəfər, o cümlədən azərbaycanlıların sayı 47,6 min nəfər (25,3 faiz), ermənilərin sayı isə 138,6 min nəfər (73,5  faiz) olub. Həmin dövrdə Bakı şəhərində (qəsəbələrlə birlikdə)  179.950 nəfər, Naxçıvan MR-də isə 1858 nəfər erməni yaşayıb.

Ümumilikdə, ermənilərin sayı 1926-cı il əhalinin siyahıyaalınmasından 2009-cu ilə qədər aşağıdakı kimi dəyişib: 1926-cı ildə -  282,0 min nəfər; 1939-cu ildə - 388,0 min nəfər; 1959-cu ildə - 442,1 min nəfər; 1970-ci ildə - 483,5 min nəfər; 1979-cu ildə - 475,5 min nəfər; 1989-cu ildə - 390,5 min nəfər; 1999-cu ildə 120,7 min nəfər; 2009-cu ildə - 120,3 min nəfər.

Ermənistanda bu cür avantürst fikirləri səsləndirmək və dövriyyəyə buraxmaqdansa, ölkədəki dözülməz siyasi-iqtisadi vəziyyətdən qurtulmaq üçün gündən-günə güclənən miqrasiya axınının – kütləvi köçün qarşısını alsınlar. Ermənilərinin özlərinin mətbuata (http://ru.1in.am/1210938.html) verdikləri məlumata görə, 2017-ci ilin ilk 9 ayı ərzində Ermənistandan 13500 nəfər miqrasiya edib. Təkcə 2016-cı ildə 22 min Ermənistan vətəndaşı Rusiya Federasiyasının vətəndaşlığını, 19 min nəfər isə yaşamaq icazəsi alıb. 

Yalan və gerçək niyyət 

Təşkilatın yaranma tarixi onun niyyətini anlamaq baxımından maraqlıdır. Mariam Avaqyan 2010-cu ildə “Ermənilər Azərbaycandan öz neft payını istəyir” adlı bəyanatla çıxış edib (https://www.panorama.am/ru/news/2010/12/09/aravot/1017589 09/12/2010 «Аравот»: Армяне Азербайджана требуют свою долю от нефтяных доходов)

Bu bəyanatdan iki ay sonra həmin Qurultay təsis edilir. Onun əsil məqsədini isə Avaqyanınkoordinatorhmkarı və Sərkisyanın qatı düşməni A.Qukasyan belə izah edir; “Azərbaycan-danışıqların birinci günündən öz qaçqınlarının qayıdışıməsələsini prinsipial şərt kim irəli sürüb. Bundan fərqli olaraq, erməni qaçqınlarının qayıdışı məsələsi, heç vaxt danışıq prosesində qoyulmayıb. Ermənistanda qaçqınlar heç kimə lazım deyil. Dövlət onlara heç bir yardım etmir. Danışıqların uzadılması isə yalnız Sərkisyan rejiminin yenidən seçilməsi üçün zərurişərtlərdən biridir. İlham Əliyevin isə açıq bəyan etdiyi siyasi məqsədi - Ermənistana son hərbi zərbəni vurmazdan əvvəl onu maksimal dərəcədə zəiflətmək, iflasa uğratmaqdır”.( http://www.kavkaz-uzel.eu/articles/200012/)

Beləliklə, ermənilər yalan məlumatların informasiya müharibəsinin mühüm silahlarından olmasını dərk edirlər. Onların bu qədim tüfeyli vərdişlərinin əsil işə yarayan vaxtıdır.M.Avaqyanın məqsədlərdən biri-kompensasiya adı ilə nə isə əldə etməkdir. Tüfeyli ermənilərin bundan başqa nə niyyəti ola bilər?

Digər məqsədə gəldikdə isə, Azərbaycan artıq Qarabağa “Qayıdış Proqramını” həyata keçirməyə  başlayıb. M.Avaqyanın “partlamayan informasiya bombası” da bu məqsədlə KİV məkanına “atılıb” - ötürülüb. Etnik təmizləməyə məruz qalmış bütün azərbaycanlıların öz  tarixi torpaqlarına qayıdışı reallaşacaq. M.Avaqyanın səsləndirdiyi fake-məlumat, onların növbəti dəfə Sərkisyan höküməti tərəfindən sui-istifadə edilməsinə, Ermənistanın hazırladığı böyük təxribatın bir vasitəsinə çevrilməsinə dəlalət edir. Bunu nə qədər tez dərk etsələr, o qədər yaxşıdır.

İşğalçı siyasət nəticəsində ortada qalan, Sərkisyanın isə sahib çıxmadığı, Rusiyanın küçəyə atdığı erməni qaçqınlar çarəsiz durumdadır. Onu demək olar ki, peşmanlığını etiraf edənlər, otuz ilə yaxındır onları dünyaya əl açıb dilənmək, tüfeyli varlığı davam etdirmək üçün öz yalançı təbliğatında sui-istifadə edən Ermənistan rəhbərliyinin iç üzünü ifşa etmək istəyənlərə yol açıqdır. 2016-cı ildə yaradılan  “Ermənistan-Azərbaycan Sülh Platforması” onların problemlərini  dinləyə bilər.

Erməni dövlətinin vərdiş etdiyi sosial-siyasi parazitizm isə faydasız və ziyanlı mövcudluq formasıdır. Gec-tez bu bu faydasız və ziyanlı mövcudluq formasının arzuolunmaz əvəzi  labüddür.  Tarix göstərir ki, bu cür toplumlar gec ya da tez öz-özünü    məhvə aparır. İndiki Ermənistanın vəziyyəti bunun bariz sübutudur.

Mark Tven də israrla tövsiyə edirdi ki, “Yalnız doğrunu deyin, onda yaddaşınıza əziyyət vermək lazım gəlməyəcək”.

T.Allahyarova
professor

 





18.01.2018    çap et  çap et